Pakistanda dəhşət: 500 terrorçu edam ediləcək

Pakistanda dəhşət: 500 terrorçu edam ediləcək
  22 Dekabr 2014    Oxunub:1834
Pakistanda yaxın bir neçə həftə ərzində 500-ə yaxın terrorçu edam ediləcək.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Çoudri Nisar Əli Xan bildirib.

“DİN onların edam edilməsi barədə qərar verib. Onların əfv barədə xahişləri prezident tərəfindən rədd edildi”, – deyə DİN rəhbəri bildirib. Nazirin sözlərinə görə, ölkədə gücləndirilmiş iş rejiminə keçəcək: “Əgər biz Pişavarda terror aktının intiqamını almaq isəyiriksə sayıqlığı itirməməliyik. Biz müharibə şəraitindəyik, biz bu müharibədə qalib gələcəyik”.

Qeyd edək ki, dekabrın 17-i Pakistanın Baş naziri Nəvaz Şərif terrorçuluqla mübarizə tədbirlərini gücləndirmək və ölüm hökmünə qoyulmuş moratoriumu ləğv etmək qərarına gəlib. Bu qərar yaraqlıların Peşavar şəhərinə hücumundan sonra verilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti