Almaniyadan Ərdoğana: “Özü heç bir dil bilmir, amma...”

Almaniyadan Ərdoğana: “Özü heç bir dil bilmir, amma...”
  22 Dekabr 2014    Oxunub:2057
Türkiyədə Osmanlı dilinin məktəblərdə icbari tədrisi ilə bağlı Almaniyanın “Tagesspiegel” qəzetindəki məqalədə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan tənqid olunub.
AzVision.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, “Türk Təhsil Sisteminin islamlaşdırılması – Hamı üçün Osmanlı dili” başlıqlı yazıda Ərdoğanın xarici dil bilməməsi tənqid olunub:

“Özü heç bir xarici dil bilməyən Ərdoğan 1918-ci ildə süquta uğramış Osmanlı imperiyasının dilini təhsil siyasətinin prioriteti edib. Bütün dövlətlər uşaqlarının müasir dövrün tələblərinə uyğun olaraq ingilis dilini mükəmməl öyrənməsi üçün çalışır. Amma Türkiyə hökuməti gənclərə 100 il əvvəl yoxa çıxmış dili öyrətməyə çalışır. Halbuki bu dil 21-ci əsrdə nə böyük savad qazandırır, nə də müasir dövrlə uyğunlaşır. Prezident Rəcəb Tayyib Ərdoğan isə ölkəsindəki 17,5 milyon şagirdə “siz istəsəniz də, istəməsəniz də osmanlı dilini öyrənəcəksiniz deyir”, –deyə qəzetdə qeyd olunub.


Fatimə Kərimli
AzVision.az


Teqlər:





Xəbər lenti