Mübariz Qurbanlının hesabat iclası
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Komitəsinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər, eyni zamanda, dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı vəsaitin ayrılması ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsidir. Lakin bütün bunlar Dövlət Komitəsinin əməkdaşlarının hüquq və vəzifələri ilə yanaşı, məsuliyyətini də artırır.
Müşavirədə bölgə şöbə müdirlərinin illik hesabatları dinlənilib. Qeyd olunub ki, son aylarda Dövlət Komitəsinin bölgələrdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin çox böyük əhəmiyyəti var və insanlar bu cür tədbirlərin növbəti ildə də davam etdirilməsini arzu edirlər.
Daha sonra Dövlət Komitəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib. Müşavirə iştirakçıları qeyd ediblər ki, dövlətin din siyasətinin həyata keçirilməsində, radikal dini qrupların ideyalarının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin görülməsində, ölkəmizin tolerant mühitinin qorunub saxlanmasında, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi işinin təşkilində bundan sonra da üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklər.
Müşavirənin sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Komitə əməkdaşlarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.
AzVision.az