Məzahir Pənahov müxalifətə cavab verdi

Məzahir Pənahov müxalifətə cavab verdi
  10 May 2013    Oxunub:1450
Azərbaycanda seçki komissiyaları səslənən iradlara baxmayaraq ölkə qanunvericiliyinə uyğun şəkildə ədalətli formatda formalaşıb.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müxalifətin seçki komissiyalarının formalaşmasında narazılıqlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün seçki komissiyaları Azərbaycan qanunvericiliyə əsasən formalaşdırılır. “Burada ATƏT-in də standartları tətbiq olunur. Bütün seçki komissiyaları 3-1 formatda formalaşıdırılır. Hesab edirəm ki, bu səsləndirilən iradlara baxmayaraq hesab edirəm ki, bu kifayət qədər ədalətli formatdır. Komissiyaların bu tərkibdə formalaşdırılması seçicilərin maraqlarına uyğundur. Çünki Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti heç bir partiya mənsubiyyəti olmayan şəxslərdir. Ona görə də bu iradların səslənməsini bir qədər qəribə qəbul edirəm. Burada heç bir problem görmürəm”.

Anar


Teqlər:  





Xəbər lenti