Dəm qazı daha 2 can aldı

Dəm qazı daha 2 can aldı
  23 Dekabr 2014    Oxunub:1787
Dəm qazı Bakıda daha 2 nəfərin canını alıb.
Səssis gələn qatil bu dəfə Suraxanı rayonu Bülbülə qəsəbəsində kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Sabir oğlunu hamam otağında yaxalayıb. İlham Hacızadə elə hadisə yerindəcə keçinib.

Başqa bir oxşar hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Amil də hamam otağında dəm qazından boğulub. 24 yaşlı oğlanın meyiti yaxınları tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanlarına bu barədə məlumat verilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır. Tək bir ay ərzində 27 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 8-i ağır vəziyyətdə olublar. Lakin buna baxmayaraq xəstələrin hər birinə yardım edilib və onların vəziyyətləri normallaşıb.

Baş verən hadisələrdən belə fikir formalaşır ki, hamam otaqlarında su qızdırıcılarının düzgün quraşdırılmaması, standartlara cavab verməyən sobalardan istifadə olunması çox vaxt bədbəxt hadisə ilə nəticələnir. Tüstü bacalarının da təmizlənməməsi dəm qazı qurbanlarının sayının artmasına səbəb olur. Azəriqaz istehsalat birliyinin mühəndisi Hafiz Həsənov bildirdi ki, bunun üçün otaqlarda havalandırma sistemi daim açıq olmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti