Dövlət nazir oğlunun pulunu qaytarır

Dövlət nazir oğlunun pulunu qaytarır
  23 Dekabr 2014    Oxunub:2518
Ötən il Türkiyədə keçirilən 17 dekabr rüşvət və qaçaqmalçılıq əməliyyatında iş adamı Rza Zərrabla bərabər “Rüşvətə vasitəçilik etmək” və “Cinayət törətmək məqsədilə qruplaşma yaratmaq”da ittiham olunan Abdullah Habbaninin iş yerində ələ keçirilən pullar faizi ilə birlikdə geri qaytarılacaq.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərraba yaxınlığı ilə seçilən Habbaninin pullarına bir il ərzində təxminən 55 min türk lirəsi faiz gəldiyi bildirilir. Pullarla yanaşı Ədliyyə Nazirliyinin nəzarətində olan 2 kilo külçə qızıl da geri qaytarılacaq.

Habbani bu gün İstanbul Ədalət sarayına gedib bankda saxlanılan pullarını almaq üçün lazımi sənədləri imzalayacaq.

Habbani ilə yanaşı keçmiş daxili işlər naziri Müəmmar Gülərin oğlu Barış Gülər də 17 dekabr əməliyyatlarında ələ keçirilən pullarını faizilə geri alacaq.

Qeyd edək ki, adıçəkilən əməliyyatlar zamanı Habbaninin şirkətindən 1 milyon türk lirəsi, 800 min avro, 60 min ABŞ dolları və 2 kq külçə halında qızıl ələ keçirilmişdi. Prokurorluq qanunların tələbinə uyğun olaraq həmin pulları dövlət bankına qoyub və bu müddət ərzində bankdakı pullara 55 min dollar faiz gəlib.

Nazir oğlu Barış Gülərin isə 350 min türk lirəsi, 350 min avrosu və 90 min ABŞ dolları ələ keçirilmişdi. Onun pullarına isə bir il ərzində 20 min türk lirəsi faiz gəlib. B.Gülər hələ ki, pullarlnı geri almaq tələbi ilə Baş Prokurorluğa müraciət etməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti