Bahar Muradova: “Görüşün nəticəsi olmayacaq”

  10 May 2013    Oxunub : 375
Bahar Muradova: “Görüşün nəticəsi olmayacaq”
“Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda irəli addım atmayacağı təqdirdə ikitərəfli millət vəkillərinin görüş keçirməsinin heç bir əhəmiyyəti olmayacaq”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Parlament Asambleyası tərəfindən Ermənistanın bir qrup deputatının Azərbaycanlı həmkarları ilə görüş keçirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə konkret təklif daxil olmayıb.

“Ermənistanın ali rəhbərliyinin danışıqları irəliyə aparmaq üçün hansısa addımları olmadığı təqdirdə, parlamentarilərinin görüşünün də müsbət nəticə ilə bitəcəyinə ümidim yoxdur. Bu səbəbdən Azərbaycan və Ermənistan parlamentarilərinin görüşün keçirilməsi barədə təklifi heç bir əsası yoxdur”.

Eyni zamanda B.Muradova vurğulayıb ki, Azərbaycan tərəfinə bu barədə heç bir konkret rəsmi təklif ünvanlanmayıb. “Vaxt gstərəcək ki, bu məsələ necə öz həllini tapacaq. Amma danışmamaqdansa, danışmaq daha yaxşıdır. Görüşlər təşkil etməklə tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq və ən xırda imkanlardan belə istifadə etmək lazımdır”.

Anar

Teqlər: