Putin Ermənistanı “Yeni SSRİ”yə qəbul etdi

Putin Ermənistanı “Yeni SSRİ”yə qəbul etdi
  23 Dekabr 2014    Oxunub:2575
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Rusiya Dövlət Dumasıdekabrın 10-u Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi ratifikasiya edib.

Ermənistanın Aİİ-yə qoşulması barədə qanun layihəsini Dövlət Dumasına dekabrın 2-si Rusiya prezidenti Vladimir Putin tərəfindən göndərilib.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti