“Elm haqqında qanunda tam yeni müddəalar olacaq”

“Elm haqqında qanunda tam yeni müddəalar olacaq”
  10 May 2013    Oxunub:1795
“Motivasiya və elmə həvəsləndirmə qanunda əsas istiqamət olaraq öz yerini tutub”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
O, bildirib ki, bu qanun təhsilin, elmin bütün istiqamətlərini özündə əks etdirməklə yanaşı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına qədər bütün istiqamətləri özündə əks etdirir.

Ş.Hacıyevin sözlərinə görə, motivasiya və elmə həvəsləndirmə qanunda əsas istiqamət olaraq öz yerini tutub.

“Şəxsi fikrimə görə elimlə məşğul olan gənclərə hərbi xidmətlə bağlı möhlət hüququ verilməlidir. Xaiş edirəm mənim fikrim düzgün ifadə olunsun. Mən hərbi xidmətdən azad olunmanın tərəfdarı deyiləm. Hər bir Azəraycanlı kişisi vətən qarşısında öz borcunu verməlidir. Bu mütləq şəkildədir. Burada söhbət möhlət hüququndan gedir. Yəni təhsilin fasiləsizliyini təmin etmək Üçün möhlət hüquqnun verilməsi əhaəmiyyətlidir”-deyə, millət vəkili əlavə edib.

Anar


Teqlər:  





Xəbər lenti