Bakıda 112 yaşlı nənə səs verib

Bakıda 112 yaşlı nənə səs verib
  23 Dekabr 2014    Oxunub:2158
Abşeron rayonunun ən qocaman seçicisi – Masazır kəndinin 112 yaşlı sakini Bahar Ruşanova bələdiyyə seçkilərində səs verib.
AzVision.az xəbər verir ki, Bahar Ruşanova səhər tezdən səsverməyə hazırlaşıb. O, qonaqları – 45-ci seçki dairəsinin 23 nömrəli səsvermə məntəqəsinin üzvlərini və müşahidəçiləri təbəssümlə qarşılayıb. Onlar Bahar nənənin səs verməsi üçün seçki qutusunu onun evinə gətiriblər. O, səsvermə bülletenini qutuya atandan sonra uzun ömürlülüyünün sirrini açıb: həyatda hər xırda məsələyə əhəmiyyət verməmək, kin-küdurət saxlamamaq lazımdır.

Beləliklə, ahıl yaşına baxmayaraq Bahar Ruşanova öz vətəndaşlıq borcunu yerinə yetirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti