Dilqəm Əsgərovun qardaşı BMT-də

Dilqəm Əsgərovun qardaşı BMT-də
  23 Dekabr 2014    Oxunub:2626
Bu gün Dilqəm Əsgərovun qardaşı Sahib Musayevi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyində qəbul ediblər.
Bu barədə AzVision.az-a S. Musayev özü məlumat verib.

O, bildirib ki, D. Əsgərovun vəziyyəti ilə bağlı BMT-nin işğəncələrə qarşı mübarizə aparan məruzəçisinə müraciət edəcəklər:

“Hökumətin və bizim məktub BMT-nin Cenevrədə yerləşən baş ofislərinə çatdırılıb. Cavab gəlib ki, onların Qarabağa birbaşa girişləri yoxdur. Məktublar BMT-nin məruzəçilərinə çatdırılıb. Məruzəçilərdən biri işgəncələrə qarşı mübarizə tədbirləri həyata keçirir. Biz də Dilqəmə verilən işgənclərlə bağlı ona müraciət edəcəyik”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti