Nazir gənclərin işsizlik probleminə toxundu

Nazir gənclərin işsizlik probleminə toxundu
  23 Dekabr 2014    Oxunub:1511
Azərbaycanda ümumi iqtisadi inkişaf prosesi, çoxsaylı yeni iş yerlərinin açılması, eləcə də gənclərlə bağlı aparılan davamlı və fəal dövlət siyasəti bu təbəqədən olan insanların səmərəli məşğulluğunda ciddi irəliləyişlər yaradıb.
Hazırda Azərbaycan gənclər arasında ən aşağı işsizlik həddi olan ölkələrdən biridir. Belə ki, ölkəmizdə ümumi işsizlik səviyyəsi 5 faiz olduğu halda 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında olanlar üzrə isə 13,5 faiz olmaqla dünyanın digər ölkələrindəki göstəricilərdən aşağıdır.

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi 10 lider ölkə sırasına, bu il isə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib.




Teqlər:  



Xəbər lenti