Prezident Ziya Bünyadov prospektinin açılışında - FOTOLAR

Prezident Ziya Bünyadov prospektinin açılışında - FOTOLAR
  23 Dekabr 2014    Oxunub:2280
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib.
Prezident İlham Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

Qalereya




Teqlər:  



Xəbər lenti