“Seçkilərdə qanun pozuntusuna yol verilməyib” – Əli Əhmədov

“Seçkilərdə qanun pozuntusuna yol verilməyib” – Əli Əhmədov
  24 Dekabr 2014    Oxunub:1954
“Yeni Azərbaycan Partiyası bugünkü bələdiyyə seçkilərində səsvermədə çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın namizədi olub”.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Seçkilərdə YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə. Əhmədov bildirib ki, bunlardan 4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Bu, YAP resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”.

Seçkilərin baş tutduğunu bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”.

Ə. Əhmədov bildirib ki, seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.


Teqlər:



Xəbər lenti