Qırğızıstan da “Yeni SSRİ”yə qoşuldu
“Qırğızıstanın quruma qoşulması barədə saziş imzalanıb. Əminəm ki, Ermənistanın və Qırğızıstanın Avrasiya Şurasına üzvlüyü bu xalqların maraqlarına xidmət edir, sosial-iqtisadi inkişaf üçün yeni üfüqlər açır”, - deyə Putin vurğulayıb.
Daha əvvəl dekabrın 22-i Qırğızıstan İqtisadiyyat Nazirliyi ölkə hökumətinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqlədidiyini açıqlayıb.
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.
Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Eldar Tanrıverdiyev
Teqlər: