Elman Abdullayev Efiopiyaya getdi- FOTOLAR

Elman Abdullayev Efiopiyaya getdi- FOTOLAR
  24 Dekabr 2014    Oxunub:1940
Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeyə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Efiopiya prezidenti ilə görüşdə Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahədə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən E. Abdullayev iki ölkə arasında münasibətlərin yeni müstəviyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Öz növbəsində, M. Teşome ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini, Azərbaycanın onun üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Efiopiya prezidenti E. Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları da müzakirə olunub.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti