İŞİD-ə ağır zərbə: 1171 ölü

İŞİD-ə ağır zərbə: 1171 ölü
  24 Dekabr 2014    Oxunub:2164
ABŞ və koalisiya qüvvələrinin son üç ayda Suriya ərazisinə endirdiyi aviazərbələr nəticəsində “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 1171 üzvü öldürülüb.
AZVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları üzrə Təşkilatının hesabatında yaydığı bəyanatda bildirilir.
Hesabata əsasən aviazərbələr nəticəsində uşaqlar və qadında daxil olmaqla 52 dinc sakin də öldürülüb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti