İQTİDARSIZLAR, yaxud, kimin `girməyindən` sənə nə?!

İQTİDARSIZLAR, yaxud, kimin `girməyindən` sənə nə?!
  24 Dekabr 2014    Oxunub:13966
Vüsal Məmmədov

Azərbaycan reallığında İqtidarsızlıq – siyasi mövqe deyil, diaqnozdur. Türkiyəlilər `iqtidarsız` - impotentə deyirlər və qəribədir ki, bizdə aqressiv iqtidarsızlıq edənlərin çoxu da əslində müxtəlif sahələrdə - siyasətdə, ictimai sektorda, karyerada, şəxsi həyatda “iqtidarsız”, yəni impotent olan kəslərdir.


Hal belədir ki, özünü başqa sahələrdə doğrulda bilməyən, əlindən (daha doğrusu, həm də əlindən) bir iş gəlməyənlər iqtidarın və onun tərəfində duranların üstünə cummaqla, eqolarını təmin etməyə çalışırlar.

Keçim misallara. Məsələn, biri durub məni ittiham edir: “Sən girirsən!” Pah! Bəziləri hətta sənətinin qüdrətini göstərmək üçün cümləsini müxtəlif bədii-gigiyenik cinaslara da bəzəyirlər: `Sən sabunsuz girirsən!` Müxalifətin üzdə olan gənc fəallarından biri hətta sosial şəbəkədə mənə açıq sual ünvanlamışdı: “Vüsal Məmmədov, sən durduğun yerdə girirsən, yoxsa əvvəlcə razqon götürürsən?”

Sual olunur: lap belə tutaq ki, mən girirəm; bundan sənə nə? Sən niyə yanırsan? Səni soxmuram ki, özüm girirəm də! Niyə mənə bir-iki təhqir ünvanlamasan, o şair qəlbin rahatlanmır? Bəlkə mən burda `girəndə` orda səni nəsə ağrıdır? Yoxsa sən kimin kimə girdiyini monitorinq etmək kimi məsul bir vəzifə ilə yüklənmisən?

Lap tutaq ki, mən girirəm (`mən` deyəndə özümü yox, iqtidarlı yazarların bir ümumi obrazını nəzərdə tuturam); qoy bundan məni sevən insanlar, dostlar-qohumlar narahat olsunlar da... Sən axı məni gözü götürməyən birisən, sən niyə narahat olursan? Əksinə, əgər girmək pis şeydirsə, sən sevinməlisən ki, mən girirəm, çalışmalısan ki, daha çox girim... Amma yox: sən özünə yer tapmırsan, bütün günü “GİRİR!!!”,- deyə barmağınla göstərərək, məni söyüb-daşlayırsan, status, komment yazırsan...

Niyə? Bu, nə mexanizmdir belə? Məntiq nədədir?

Psixologiya ilə uzun müddət maraqlanan biri olaraq, mən məsələni özüm üçün çözmüşəm.
Deməli, mexanizm budur: Bir nəfər – ona şərti olaraq “G.” deyək,- görür ki, onun düşüncəsi ilə desək, “V.” kiməsə `girir`. Burada “V.” – şərti addır, mən də ola bilərəm, o da, o birisi də... Və həmin “G.” başlayır bundan narahat olmağa. Düşünür ki, birdən “V.” girər və qabağa gedər, mən qalaram dalda. Adamın təfəkkürü budur, həyata belə yanaşır. Çünki onun nəzərində qabağa getməyin bircə yolu var, o da girməkdir. Bu zavallı “G.” zatən daldadır, yazıq heç nə bacarmır. Qabağa getmək üçün heç bir qabiliyyəti yoxdur. Heç bir işə GİRişə bilmir, özünü reallaşdırmaq sarıdan tam bir impotentdir. Və bunu anlayır, bilir ki, heç vaxt qalxmayacaq... sosial pillələrlə yuxarı. Nədirsə odur, olduğu yerdə qalacaq. Buna görə də başqalarının da onunla bir yerdə qalmasını istəyir.

`Girmək` dedikləri nədir ki? İqtidarsızlar tərəfindən bu ad ilə təltif olunmaq üçün ən azından səsini eşitdirmək, üzə çıxmaq, `radarlara düşmək` qabiliyyətin olmalıdır, görünməlisən, tanınmalısan, ad qazanmalısan, yaxud yaxşı bir media resursu qurmağı bacarmalısan... “G.” bunları bacarmayıb, maksimum əlindən gələn budur ki, özü kimi daha bir dəstə iqtidarsızı ətrafına yığaraq, bacaranlara vedrə qoşsun. Onlar istəyirlər ki, biz də heç kim, heç nə, ayaq altında qalan biriləri olaq; bu halda tərifləyib, göylərə qaldıracaqdılar.

Bir sosial sinif olaraq iqtidarsızlar ancaq internetdə guruldayırlar. Qurbağa üçün bataqlıq nədirsə, “G.” üçün də internet odur. Söyür, təhqir edir, yekə-yekə söhbətlər eləyir. Statusuna like gələndə özünü Qaribaldi, Ovod, Korçagin, Çe Gevara-filan sayır, elə bilir ki, ictimai xadim-zad olub. Amma bu (g)ictimai xadimi real həyatda qarşında oturdub soruşsan ki, `a bala, sözünü de görüm, nə istəyirsən`, məlum olacaq ki, dütdülü...

Bu bir dəstə eminlər, həbiblər, bəxtiyarlar, mehmanlar və digər iqtidarsızlar ancaq ona görə ortaya düşə biliblər ki, facebook var. Qız tutmaq istəyən hansısa qaqaş `krutoy` görünmək üçün bunların yazdıqlarını “like” edir, sonra da başlayır yekələnməyə: “Mən iqtidarla mübarizə aparıram”. Beləcə, facebookda iqtidarsızların böyük bir virtual partiyası formalaşır. Bu, əslində onların sosial-ictimai və hətta bioloji iqtidarsızlığıdır ki, vurub siyasi mövqeyə keçir. Adam əlindən başqa heç nə gəlmədiyi üçün, əlinə gələni alıb, cumur üstümüzə. Niyə bizim? Çünki başqa yerlərə əli çatmır axı, tag eləyə bildiyi bizik. Əvvələr tağdan xiyarlar çıxırdı, indi əksinədir: indi xiyarlardan tag çıxır...



Teqlər:  



Xəbər lenti