Konsert üçün bilet deyil, kitab alın

Konsert üçün bilet deyil, kitab alın
  24 Dekabr 2014    Oxunub:1627
Tanınmış türk müğənni Haluk Leventin bu axşam verəcəyi konsert qeyri-adiliyi ilə seçilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertə giriş üçün bilet yox, kitab almaq lazımdır. Belə ki, tamaşaçılar gətirdikləri kitabları zalın girişində təhvl verəcək və yığılan kitablar Türkiyənin Cənub-şərqində yaşayan ehtiyacı olan uşaqlara göndəriləcək.

Xeyriyyə konsertləri çərçivəsində baş tutacaq konsert Kocaeli Sabancı Mədəniyyət mərkəzində 500 nəfərlik zalda baş tutacaq.

“Duyğusal bir vəziyyətdir. Bu, Türkiyədə ilk dəfə baş verir. Bundan sonra da belə kampaniyaları davam etdirəcəyəm. Bu yolla yüzlərlə, minlərlə uşağın kitabı olacaq. Bununla bağlı ölkəmizin bir çox şəhərindən təklif gəlib” – deyə müğənni Haluk Levent bildirib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti