Prezidentin ad günü bilik yarışı ilə qeyd olunub

Prezidentin ad günü bilik yarışı ilə qeyd olunub
  24 Dekabr 2014    Oxunub:1956
Gəncədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş “Mənim Prezidentim” Bilik Müsabiqəsi layihəsinin bağlanış mərasimi keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası, Gəncə Şəhər Təhsil İdarəsi, Azərbaycan Texnologiya Universiteti və Turan İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində 1500-dən çox orta məktəb şagirdi iştirak edib.

`Turan` İnkişaf Mərkəzinin direktoru Teymur Əliyev bildirib ki, bu layihə neçə illərdir, Gəncədə reallaşır: “Sevindirici haldır ki, bu ilki layihəmizdə 1500 nəfərdən artıq şagird iştirak edib. Bu, bir rekorddur. Bu mənada mən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə göstərilən bütün diqqət və dəstəyə görə öz təşəkkürümü bildirirəm”.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov çıxış edərək, şagirdləri təbrik edib. Gəncədə həyata keçirilən irimiqyaslı layihələrdən danışan K.Məmmədov qarşıda duran vəzifələrdən və nəzərdə tutulan layihələrdən danışıb.

Azərbaycan Texnologiya Universiteti prorektoru Rövşən Əliyev isə çıxışında şagirdlərin intellektual inkişafı baxımından bu tədbirin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib ki, bu, çox qürurverici məqamdır: “1500-dən artıq şagird arasında keçirilən bilik müsabiqəsi paytaxtda deyil, regionda keçirilir. Ən vacib məsələ isə layihənin təşkilatçıları arasında Rayon Icra Hakimiyyətinin və Gəncədə fəaliyyət göstərən hökümət və qeyri-hökümət təşkilatlarının olmasıdır. Bu mənada mən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Elmar Vəliyevə Vətəndaş Cəmiyyətinə göstərdiyi diqqətdən dolayı təşəkkür edirəm. Hesab edirəm ki, Gəncənin sosial-iqtisadi inkişaf praktikası digər regionlarımız üçün model rolunu oynamaqdadır”.

Tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyinin sədri Toğrul Allahverdili, Ukrayna Nümayəndəliyinin sədri Xəzri Elxanoğlu və Polşa Nümayəndəliyinin sədri Anar Məmmədov adından təbrik müraciətləri səsləndirilib. Sonda müsabiqədə qalib gələn yüzə yaxın şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.



Teqlər:





Xəbər lenti