Bu yollarda tıxac var - SİYAHI

Bu yollarda tıxac var - SİYAHI
  24 Dekabr 2014    Oxunub:1977
Bakı şəhərinin bəzi küçələrində tıxac nəqliyyatın hərəkətini iflic edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az- a verilən məlumata görə, hazırda Neftçilər prospektindən "Azneft dairəsi", Ə. Əliyev küçəsindən Bülbül prospekti istiqamətində tıxac var.

Y. Səfərov küçəsindən şəhər istiqamətində və Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısında - hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə müvafiq olaraq N. Rəfiyev və Təbriz küçələrindən istifadə etmək tövsiyə olunur.

Bundan başqa, Azadlıq prospektindən şəhər istiqamətində, Həsən Əliyev küçəsindən "ASAN xidmət" istiqamətində və C. Cabbarlı küçəsindən Kaspian Plazanın qarşısına doğru tıxac müşahidə olunur. Sürücülərə alternativ yol kimi Bakıxanov və S. Vurğun küçələri ilə hərəkət etmək tövsiyə olunur.

AzVision.az


Teqlər:  



Xəbər lenti