Parlament seçkilərinə nə qədər pul xərclənəcək?

Parlament seçkilərinə nə qədər pul xərclənəcək?
  24 Dekabr 2014    Oxunub:2222
Azərbaycanda 2015-ci ilin payızında keçiriləcək parlament seçkilərinin təşkilinə dövlət büdcəsindən 41,777 milyon manatın ayrılması planlaşdırılır.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir. Sənəddə bildirilir ki, 2015-ci il dövlət büdcəsinin xərclərində Mərkəzi Seçki Komissiyası üçün ümumilikdə 55,083 mln. manatın ayrılması nəzərdə tutulub. Bu vəsaitin 4,434 mln. manatı seçici siyahılarının dəqiqləşdirilməsi, 8,872 mln. manatı dairə seçki komissiyalarının saxlanılmasına xərclənəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti