Bakıda metrosunda bomba həyəcanı

Bakıda metrosunda bomba həyəcanı
  24 Dekabr 2014    Oxunub:1725
Polisə yalan məlumatı vermiş Mingəçevir şəhər sakini Taleh Səfərov tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs DİN-in 102 Zəng Mərkəzinə zəng edərək “metronun “28 May” stansiyasının yanına bomba qoymuşuq” deyib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti