Nazirlik yeni il şənliyi keçirəcək

Nazirlik yeni il şənliyi keçirəcək
  24 Dekabr 2014    Oxunub:1350
Təhsil Nazirliyi E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Yeni il şənliyi keçirəcək.
AzVision.az xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə dekabrın 25-də baş tutacaq tədbirdə 30-dan çox media qurumunun təmsilçisi iştirak edəcək.

1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Fatimə


Teqlər:





Xəbər lenti