Bakıda “polislər” həbs edildi

Bakıda “polislər” həbs edildi
  24 Dekabr 2014    Oxunub:2104
Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat alıblar.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulublar.

Yasamal RPİ tərəfindən araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti