Sabah hava yaxşı olacaq

Sabah hava yaxşı olacaq
  24 Dekabr 2014    Oxunub:1373
Dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər mülayimləşəcək. Günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmur hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayır yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti