“İlham Əliyevlə xoş xatirələrim olub” – Nazirin qardaşı

“İlham Əliyevlə xoş xatirələrim olub” – Nazirin qardaşı
  24 Dekabr 2014    Oxunub:4387
“Cənab prezidentə can sağlığa arzulayıram. Dövlətimiz və xalqımızın yolunda etdiyi fədakar fəaliyyətinə görə Allah həmişə onu qorusun”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov deyib.

Millət vəkili dövlət başçısını ad günü münasibəti ilə təbrik edib:

“Mənim əməyimə, ictyimai-siyasi fəaliyyətimə verdiyi qiymətə görə prezidentə öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, prezidentimiz uzun illər Azərbaycan xalqına rəhbərlik etsin və dövlətimizin inkişafı naminə göstərdiyi bütün fəaliyyətlərdə həmişə uğrularla qarşılaşsın”.

Daha sonra E. Məmmədov prezidentlə bağlı xoş xatirələrini bölüşüb:

“Cənab prezidentlə çox xoş xatirələrim olub. Onun deputatlığı dövründə birgə fəaliyyət göstərmişik. Özümü çox xoşbəxt insan hesab edirəm ki, cənab prezidentimiz deputatlıq fəaliyyəti ilə məşğul olan zaman onunla bir çağırış millət vəkili olmuşuq. Onun xoş xasiyyəti, insani keyfiyyətləri , yüksək intellekti, dövlətçik və qanunvericilik naminə səsləndirdiyi fikirləri, Azərbaycanın Avropa Şurasına üzvlüyü məsələsində göstərdiyi fədakar əməyi o günlərdən mənə qalan ən xoş xatirələrdir. Bütün bunlar tək mənim üçün deyil, müasir Azərbaycanın tarixi üçün çox gözəl xatirələrdir”.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti