Ərdoğan da İlham Əliyevi təbrik etdi

Ərdoğan da İlham Əliyevi təbrik etdi
  24 Dekabr 2014    Oxunub:1744
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AzVision.az xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti