Marqvelaşvili İlham Əliyevi Gürcüstana dəvət etdi

Marqvelaşvili İlham Əliyevi Gürcüstana dəvət etdi
  24 Dekabr 2014    Oxunub:1621
Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin ad günü münasibətilə təbriklər gəlməkdə davam edir.
AzVision.az xəbər verir ki, Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili ilk öncə İlham Əliyevə səmimi salamlarını çatdırıb. Giorgi Marqvelaşvili bildirib ki, ilham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir.

“Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək”, - deyə Giorgi Marqvelaşvili bildirib.

Gürcüstan prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib: “Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.

Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Doğum günü münasibətilə Moldova Respublikasının Prezidenti Nikolaye Timofti də İlham Əliyevi təbrik edib. O, bildirib ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək.

“Ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq. Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - deyə Nikolaye Timofti bildirib.


Teqlər:  



Xəbər lenti