Abdulla Güldən prezidentə təbrik

  24 Dekabr 2014    Oxunub : 940
Abdulla Güldən prezidentə təbrik
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, sabiq prezidentin təbrik məktubunda deyilir:

“Cənab Prezident, əziz qardaşım,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.

Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm”.

Teqlər: