“Əli Kərimli, pullarımı qaytar” - Etiraz

“Əli Kərimli, pullarımı qaytar” - Etiraz
  24 Dekabr 2014    Oxunub:2739
AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov partiya sədri Əli Kərimliyə qarşı növbəti ittihamlarla çıxış edib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı SİA-ya açıqlama verən sahibkar bildirib ki, son günlərə qədər Əli Kərimliyə məxsus "facebook" sosial şəbəkəsindəki profildən onun özünə və ailəsinə qarşı ifadəolunmaz dərəcədə və senzuradankənar söyüşlər, təhqirlər yer alıb: "Bu hal son günlərə qədər davam edirdi. Mən də sosial şəbəkə vasitəsilə onları cavabsız qoymurdum. Çünki bunlar artıq mənim mənəviyyatımla oynamağa başlamışdılar. Əli Kərimli şəxsən mənə qarşı təhqirlər ünvanlayırdı. Eləcə də onun yaxın ətrafı bu işdə öz çirkablıqlarını göstərirdilər".

Azər Əsgərov daha sonra bildirib ki, Əli Kərimli bu olaylar baş verərkən, guya həmin profilin saxta olduğunu deyirdi: "Lakin sual edirəm ki, əgər həmin profil saxta idisə, AXCP sədrinin cangüdəninin, onun müavinlərinin həmin profildəki dostluqları haradan qaynaqlanırdı? O cümlədən Milli Şuranın sədri Cəmil Həsənlinin Əli Kərimlinin profilindəki dostluğu haradan qaynaqlanıb?"

Sahibkar qeyd edib ki, o, bu arqumentləri ortaya qoyduqdan sonra həmin profildəki təhqir və söyüşlər silindi: "Hazırda mənə qarşı işlədilmiş həqarətlər və təhqirlər oradan silinib. Bu isə bir daha belə düşünməyə əsas verir ki, həmin profilə bilavasitə Əli Kərimli nəzarət edib".

Azər Əsgərov hələ də kompensasiyasını ala bilmədiyini deyib və iddia edir ki, həmin pullara, məhz Əli Kərimli sahiblənib: "Bu baxımdan, mən məhkəmədə həmin iddiamı qaldıracam. Əli Kərimlidən tələb edəcəm ki, mənə məxsus olan pulları geri qaytarsın, daha gədəlik etməsin".


Teqlər:  



Xəbər lenti