Niyaməddin Orduxanlı 4-cü dəfə qalıb gəldi
Bununla bağlı mətbuata acıqlama verən Orduxanlı bildirib ki, artıq Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri acıqlayıb:
- Mən dördüncü dəfə Abşeron rayonun Mehdiabad qəsəbəsindən bələdiyyə üzvü seçilmişəm. İlk dəfə 1999-cu ildə 21 yaşımda seçilmişdim. 2004-də bələdiyyə sədrinin müavini olmuşdum. 2009-cu ildən indiyə qədər Hüquq komisiyasının sədri kimi çalışdım.
Bu səfər də seçki çox aktiv şəraitdə keçdi. Mehdiabad qəsəbəsinin 25 000-ə yaxın əhalisi, 6000 seçicisi var. Bu səfər 42 namizəd 13 yer uğrunda mübarizə aparırdı. Hakim YAP-ın nümayəndləri ilə yanaşı, müxalifətçilər, bitərəflər də seçkiyə qatılmışdı.
Bu seçki də həm də onunla yadda qaldı ki, xeyli sayda xanımların namizədliyi irəli sürüldü. Rəsmi nəticələrdən də görünür ki, 13 yerdən 5-ni xanımlar tutub. Sevindirci haldır ki, yerli özünüidaretmədə bundan sonra xanımların da aktivliyi müşahidə ediləcək.
Yeni seçilənlər arasında YAP namizədi, keçmiş bələdiyyə sədri Əbülfət Nuriyev də var. Mən bu səfər də onun yenidən Mehdiabad bələdiyyəsinə sədr seçilməsinə səs verəcəyəm. O insan həqiqətən də buna layiqdir.
Bir daha BAXCP-yə və mənə 15 ildir sözün həqiqi mənasında böyük dəstək olan Mehdiabad qəsəbəsinin bütün sakinlərinə dərin təşəkkürümü bildirirəm. Bu gün seçki bitib, ancaq mən elə bu gündən seçkiyə hazırlaşıram. 2015-ci il parlament seçkilərində BAXCP-nin namizədi olacağam.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


