MSK seçki şikayətlərinə baxıb
MSK katibi Arifə Muxtarova bildirib ki, MSK-ya müraciət edən 51 saylı Qusar Seçki Dairəsində Həzrə bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizəd N. Əliyev bu seçki dairəsində 52, 53 və 54 saylı məntəqələr üzrə seçkinin nəticələrinin ləğv edilməsini istəyib. A. Muxtarova qeyd edib ki, 51 saylı Qusar Dairə Seçki Komissiyasına müraciət olunubsa, məsələyə MSK-da baxılmasına ehtiyac yoxdur. Bununla bağlı şikayətin DSK-ya göndərilib-göndərilmədiyini dəqiqləşdirmək üçün M. Pənahov MSK-nın təşkilat şöbəsinə tapşırıq verib.
Sonra 85 saylı Şamaxı Seçki Dairəsində Göylər bələdiyyəsi üzrə 20 saylı seçki məntəqəsində, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində Lüvəsər bələdiyyəsi üzrə bəzi seçki məntəqələrdə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Kərimli bələdiyyəsi üzrə 21 və 22 saylı seçki məntəqələrində nəticələrin ləğvi barədə bələdiyyə üzvlüyünə namizədlərin müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.
82 saylı Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsi üzrə bəzi məntəqələrdə nəticələrin ləğv edilməsi barədə bir qrup kənd sakininin müraciətinin də DSK-ya göndərilməsi qərara alınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


