Əməkdar artistin barmağı amputasiya edilib

Əməkdar artistin barmağı amputasiya edilib
  24 Dekabr 2014    Oxunub:5162
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kübraxanım Dadaşova bu gün əməliyyat olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a teatrdan bildirilib.

Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən aktrisa bu gün Leyla Şıxlinskaya adına Klinikada əməliyyat olunub. Səhər saatlarında əməliyyat olunan aktrisanın ümumi vəziyyəti yaxşıdır. Hazırda Kübraxanım Dadaşova palataya köçürülüb.

Teatrdan bildirilib ki, bəzi mətbuat orqanlarında Kübraxanım Dadaşovanın vəziyyətinin ağır olması, ayağının çürüməsi ilə bağlı yayılan xəbərlər doğru deyil: "Şəkər xəstəsi olduğu üçün aktrisanın ayaq barmağı amputasiya edilib. Amma, vəziyyəti normaldır. Onun yeriməyində heç bir problem yoxdur".

Qeyd edək ki, Gənc Tamaşaçıalr Teatrının direktoru Mübariz Həmidov aktrisa ilə telefonla əlaqə saxlayıb. Teatrın kollektivi isə aktrisanı ziyarət etmək üçün xəstəxanaya gediblər.
Xatırladaq ki, Kübraxanım Dadaşova 1957-ci ildə Bakıda aktyor ailəsində anadan olub. Aktrisanın atası, əməkdar artist Məmmədağa Dadaşov Gənc Tamaşaçılar Teatrının tanınmış aktyorlarından olub. Kübraxanım Dadaşovanı tamaşaçılar "Pirverdinin xoruzu", "Yuxu", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlardan tanıyırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti