Daha bir həmkarından İlham Əliyevə təbrik

Daha bir həmkarından İlham Əliyevə təbrik
  24 Dekabr 2014    Oxunub:1441
Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon doğum günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.

AzVision.az xəbər verir ki, təbrik məktubundan qeyd edilir:

-Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gün Siz dövlət başçısı olaraq mərhum Prezident Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, Azərbaycan Respublikasının sabit siyasi, iqtisadi və sosial inkişafının təmin olunması işinə sanballı töhfələr verirsiniz.

Tacikistanda ölkələrimizin ikitərəfli dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çatmasını Sizin adınızla bağlayırlar. Bu münasibətlər etimadın yüksək səviyyəsi ilə xarakterizə olunur. Əminəm ki, Tacikistan və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verən bu təşəbbüslər gözlənilən səmərəni verəcək.

Bu xoş fürsətdən istifadə edib, Tacikistan-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlı olduğumuzu bir daha vurğulamaq istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.



Teqlər:



Xəbər lenti