Gürcüstanın maşın bazarı çökür - 146 milyon ziyan

Gürcüstanın maşın bazarı çökür - 146 milyon ziyan
  25 Dekabr 2014    Oxunub:13968
Keçən illə müqayisədə 2014-cü ildə Gürcüstanın avtomobil ixracatı 146 milyon ABŞ dolları həcmində azalıb.
Gürcüstanın Statistika İdarəsinin məlumatına görə, 2014-cü ildə ölkədən 492 milyon dollar həcmində avtomobil ixrac olunub. Bu da 2013-cü illə müqayisədə 23 faiz və ya 146 milyon dollar azdır.

Məlumatda deyilir ki, Gürcüstanın ən böyük avtomobil idxalatçısı Azərbaycandır. Azərbaycanda qəbul olunmuş yeni qaydalara əsasən 2006-cı ilə qədər olan avtomobillərin idxalına qoyulan qadağa nəticəsində bu ölkəyə avtomobil ixracı əsaslı surətdə azalıb.

Ümumiyyətlə Gürcüstanın ticarət tərəfdaşları sırasında Azərbaycan 19 faizlə birinci yerdədir. Sonrakı yerlərdə 10 faizlə Ermənistan, 9,7 faizlə Rusiya, 8,3 faizlə Türkiyə gəlir. Ötən illə müqayisədə 2014-cü ildə Gürcüstanın Rusiya, Türkiyə, ABŞ və Çinlə ticarət dövriyyəsi xeyli artıb. (AzərTAc)


Teqlər:  





Xəbər lenti