Qubada biabırçılıq: ərli qadın başqası ilə qaçdı - VİDEO

Qubada biabırçılıq: ərli qadın başqası ilə qaçdı - VİDEO
  25 Dekabr 2014    Oxunub:7824
Qubada biabırçı hadisə yaşanıb. 6 ildir ki, ailə həyatı quran 2 uşaq anası gəlin başqasına qaçıb. Məlum olub ki, gəlin həmin oğlanla internetdə tanış olub.
AzVision.az xəbər verir ki, hadisə baş verən ailə "Xəzər Xəbər"ə danışıb.

Övladlarını, ərini atıb internetdə tanış olduğu oğlana qaçdı. Hadisə Qubada olub. 26 yaşlı Tamilla Baxışova xalası oğlu ilə ailə qurduqdan sonra Rusiyada yaşıyıblar. Cütlüyün bir oğlan bir də qız uşagı olub. Bir müddət əvvəl isə gəlin qız uşağını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib.

Gecə olub, hamı yatandan sonra planını işə salıb. Səhər evdə olmadığını görənlər narahat olub. Sonradan məlum olub ki, tanış olduğu oğlana qoşulub evdən qaçıb.

Gəlin qaçdıqdan sonra valideynlərinə telefonla zəng vurub. Hadisədən sonra ailə polisə müraciət edib. Tamilla Baxışova ərinə də zəng edərək başqasına qoşulub qaçdığını və ondan nigaran qalmamalarını bildirib.




Teqlər:





Xəbər lenti