Azərbaycanda toy mövsümü başladı

Azərbaycanda toy mövsümü başladı
  25 Dekabr 2014    Oxunub:2162
Məhərəmlik ayı baş çatdı. Matəm ayının bitməsi ilə bu gündən toy mövsümünə də start verilib.
Təxminən iki ay bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə başlayan matəm ayı yeni hicri 1436-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edirdi.

QMİ-nin fətvasında deyildiyi kimi Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biri hesab olunur. Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.

Müsəlmanların tarixinə kədərli məqam kimi daxil olan Kərbəla faciəsi də məhz bu aya təsadüf edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Şəriətə görə bəzi mərasimlərin qadağan olunduğu matəm 50 gün davam edir. Dini inanclara görə, Məhərəmlik ayında toy, şənlik etmək qadağandır. Hətta toy etməyə hazırlaşanlar belə, Məhərrəmlik ayına görə, toylarını təxirə salırlar.

Odur ki, oktaybr ayının 26-dan başlayan Məhərrəmlik ayı geridə qaldı. Bütün toy, şənlik, çal-çağırlı tədbirlərin ara verildiyi müddət bitdiyindən bu gündən toy mövsümünə start verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti