Qanun dəyişir: Azərbaycanda qadınlar əsgər gedəcək?

Qanun dəyişir: Azərbaycanda qadınlar əsgər gedəcək?
  25 Dekabr 2014    Oxunub:5876
Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.

Bu günlərdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.

Bununla bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, sözügedən qanuna dəyişiklik xanımların hərbi xidmətə cəlb olunmasını nəzərdə tutmur.

Millət vəkilinin sözlərinə görə, bu dəyişiklik hərbi sahədə çalışan və hərbi işi yerinə yetirən, mülki olmayan xanımlarla bağlı hərbi bilet daşımaq hüququnu təsdiq edir:

Gerçəklikdə bu var və dəyişiklik xanımların hərbi xidmətə çağrılmasını nəzərdə tutmur. Ali hərbi məktəbdə xanımların təhsilinə icazə verilmişdi. Sonradan bu qadağan edildi. Lakin qadağaya qədər orada təhsil alan xanımlar var idi. Onlar müxtəlif hərbi vəzifələr tutur və hərbi biletə malik olmalıdırlar. Bu şəxslərdən söhbət gedirdi. Bu qəti şəkildə Azərbaycanda xanımların hərbi xidmətə cəlb olunması kimi bir anlayışı daşımır”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti