Ordumuz itki verməyib - Müdafiə Nazirliyi

Ordumuz itki verməyib - Müdafiə Nazirliyi
  25 Dekabr 2014    Oxunub:2045
"Ermənilər Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə informasiyaları yaymaqla, ehtimal olunan təxribatlarına zəmin yaradırlar"
Ermənistan tərəfinin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi və itkilər verməsi barədə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi bu tip informasiyaları dövriyyəyə buraxmaqla informasiya təxribatı həyata keçirirlər.

«Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir. Şəxsi heyət arasında itki yoxdur. Ermənilər bu kimi informasiyaları yaymaqla, ehtimal olunan, qarşıda həyata keçirmək istədikləri təxribatlar üçün zəmin yaradırlar. Bununla da, yeni informasiya təxribatı həyata keçirirlər», - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Ermənistan mətbuatı dekabrın 25-i saat 01:30-da Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiya cəhdinin olduğu, görülən tədbirlər nəticəsində Azərbaycan tərəfinin itki verərək geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.

(Apa)


Teqlər:  



Xəbər lenti