Ermənistanda böhran: Yerli valyuta çatışmır

Ermənistanda böhran: Yerli valyuta çatışmır
  25 Dekabr 2014    Oxunub:1369
Ötən gün Ermənistanın müxtəlif rayonlarında nağd dramın defisiti ilə bağlı məlumatlar yayılıb.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, yerli sakinlər bankomatlardan öz əmək haqlarını ala bilmir.

“Onlar banklara müraciət etdikdə, hazırda dramın olmadığına dair cavab alırlar. Bizim mənbələrin sözlərinə görə, bu hal iki faktorla bağlıdır. Birincisi ilin sonunda insanlar noyabr və dekabr ayına olan əmək haqlarını alıblar və onlar bu vəsaiti nağdlaşdıraraq yeni il alış-verişi etmək istəyirlər. Lakin Mərkəzi Bank dram kütləsinin məcburi məcburi ehtiyatda saxlama dərəcəsini 12 faizdən 24 faizə qaldırıb. Bununla əlaqədar olaraq isə banklar öz vəsaitlərinin müəyyən hissəsini Mərkəzi Bank qaytarmağa məcbur olublar. Bununla da ölkədə dram defisiti yaşanmağa başlayıb. Bu vəziyyətdən çıxmaq üçün bir çox banklar öz valyuta ehtiyatlarını satışa çıxarıb və nəticədə günün sonuna ölkə də vəziyyət sabitləşib. Lakin bütün baş verənlər Ermənistan maliyyə bazarının dekabrda olan şokdan çıxmadığını göstərir”, - deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti