`Şahin Sultanovun rütbələri geri alınmayıb`- AÇIQLAMA

`Şahin Sultanovun rütbələri geri alınmayıb`- AÇIQLAMA
  25 Dekabr 2014    Oxunub:3111
Barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunan Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun bu dəqiqələrdə öz ailəsi ilə görüşüb.
Bu barədə AzVision.az- a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib. O, qeyd edib ki, vitse-admiral hazırda evindədir:

“Şahin Sultanov həbsdən çıxan kimi həyat yoldaşı ilə, oğlanları ilə görüşdü. Onun iki oğlu var. Biri Dövlət Neft Akademiyasını bitirib, digəri isə orta məktəbdə təhsil alır. Səhhəti normaldır. Amma müalicələrini də davam etdirəcək. Onun rütbələri geri alınmayıb. Şahin Sultanov dövlətçiliyə və xalqına həmişə sadiq bir insan olub və onlar qarşında həmişə əsgər kimi qulluq etməyə hazırdır. İndi onun bəraət almasına çalışacağıq. Hazırda öz evindədir”.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunası barədə verilən vəsatətə baxılıb.

Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti