“TANAP Avropa üçün çox vacibdir” - Türkiyə XİN

“TANAP Avropa üçün çox vacibdir” - Türkiyə XİN
  25 Dekabr 2014    Oxunub:1682
Azərbaycan və Türkiyənin həyata keçirdiyi Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Avropa üçün çox əhəmiyyətlidir.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “TRT-1” telekanalına müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Türkiyənin enerji tədarükçüsü kimi əhəmiyyətini artıracaq.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti