Hava küləkli olacaq

Hava küləkli olacaq
  25 Dekabr 2014    Oxunub:1406
Dekabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumatına görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti