Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat
  10 May 2013    Oxunub:1040
Naftalan şəhərinə yeni polis rəisi təyin edilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Məmməd Hüseynov tutduğu vəzifədən azad edilərək Naftalan şəhərin Polis Şöbəsinə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Apa-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Naftalan şəhər Polis Şöbəsinin rəisi Ağakişi İsmayılov tutduğu vəzifədən uzaqlaşdırılıb.


Teqlər:





Xəbər lenti