“Yeni SSRİ” də Ermənistanı xilas edə bilməyəcək

“Yeni SSRİ” də Ermənistanı xilas edə bilməyəcək
  25 Dekabr 2014    Oxunub:1791
Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq heç bir halda Ermənistan üçün əlverişli deyil.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə qərb yönümlü “İrs” partiyasının sədr müavini Armen Martirosyan bildirib.

Onun sözlərinə görə, quruma üzv olmaqda əsas məqsəd ölkənin təhlükəsizliyinin təmin olunması yox, hakimiyyətin saxlanılmasıdır. Ermənistanın Aİİ-yə qoşulması barədə saziş imzalanandan sonra ölkənin təhlükəsizlik səviyyəsi artmayıb.
“Biz Rusiya və Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın dərinləşdiyini görürük. Aİİ-lə üzvlüklə əlaqədar Ermənistanın problemləri zamanla artacaq. İqtisadi cəhətdən də biz inkişaf meyləri görmürük. Yalnız gündəlik istehlak olunan ərzaqlar bu il iki dəfə bahalaşıb. İqtisadi cəhətddəndə bizi helə də yaxşı olmayan perspektivləri gözləyir”.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti