Bahar Muradovadan deputatlara irad
"Onsuz da istənilən qanun layihəsi ilə bağlı millət vəkillərinin fikirlərini, təkliflərini hər zaman eşitmək, dinləmək imkanımız var. Onlar bu hüquqlarından hər zaman yararlanırlar və yararlana bilərlər"- deyən, B. Muradova qeyd edib.
O, hesab edir ki, qanun layihəsinin müzakirəsinə dəvət edilmiş qonaqların, ekspertlərin fikirlərini, təkliflərini dinləməyə daha çox üstünlük verilməlidir.
"Bu gün məsələn, iki nəfər qanun layihəsi ilə bağlı öz fikir və təkliflərini bildirdi, biz yeni nəfəs duyduq, maraqlı təkliflər eşitdik. Odur ki, müzakirələrə dəvət edilmiş qonaqların fikirlərini daha çox dinləməli və qanunyaradıcılığı prosesində, kokret qanun layihəsinin təkmilləşdirilməsində həmin fikirlərin içərisində maraqlı, vacib olanları nəzərə almalıyıq"-deyə, B.Muradova daha sonra sözlərinə əlavə edib.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


