Ermənistanın “dejavü” hökuməti

Ermənistanın “dejavü” hökuməti
  10 May 2013    Oxunub:2044
Ermənistanda köhnə hamam, köhnə tasdı
Ermənistanın təzəcə sobadan çıxmış hökumətinin isti-isti iclası keçirilib: nazirlər,generallar, Taron Marqaryan, boş vədlər, sonsuz ümidlər, ağız dolusu yalanlar...

Bu hal yeni hökumət üçün sanki bir dejavü oldu- hər kəsə elə gəlirdi ki, elə bil onlar bu anı nə vaxtsa yaşayıblar. Prezident Serj Sərkisyanın iclası idarə etməsi isə onlara ən tanış gələn məqamlardan idi, deyəsən bu bəstəboy qara-qura kişini əvvəllər elə burdaca görüblər axı...

“-Deyəsən elə bu, əvvəlki hökumətdi axı... İlahi, bir ilə heç nə dəyişməyib, hər şey əvvəlki kimidir! Dayan–dayan!.. Ən azından idman nazirinin inhisar portfeli parçalanıb və gənclərin işinə artıq Qaqik Tsarukyan baxmır. Bunula yanaşı, indi daha arxayın görünürlər, axı üzlərindəki vəzifə itirmək qorxusu gedib. ”Çujoy” da yoxdu ”...

Bu əlbəttə ki, Serj Sərkisyan siyasətinin mətnaltı hissəsi və ya onun “uğurlu” siyasətinin nəticəsidir. Bu nəticələrə və dəyişməmiş Ermənistan hökumətinin keçmişinə əsasən deyə bilərik ki, Ermənistanda vəziyyət də dəyişməyəcək. Necə var idi, elə də olacaq. Arxası üstündə çevrilmiş çanaqlı bağa kimi ayaqlarını oynada–oynada qalan iqtisadiyyat, həmin bu ağır iqtisadi vəziyyətin fonunda davam edən “ermənilərin böyük köçü”(Ermənistanı son 3 ayda 35 mindən çox erməni tərk edib. Pis həyat şəraitinə tab gətirə bilməyən bu ermənilərin böyük əksəriyyətinin geri qayıtmaq fikri yoxdur”; kəndlərdə yeyib-içməyə heç nə tapmayan, bir qarın ac, elə bir qarın da ac qalmış, yanacaq yerinə köhnə ayaqqabı yandıran kəndlilər... (Gümrüdə yaşayan ermənilər yanacaq sarıdan əziyyət çəkirlər-red.)

Serj Sarkisyan iddia edir ki, ölkədə cinayətkar-oliqarx qruplarından asılılığı aradan qaldırıb, onun yenilikçi siyasəti əsasında əsas söz sahibi artıq güc strukturlarıdır, inhisarçılıq aradan qaldırılıb, korrupsiya halları azalıb.

Bir sözlə, Sərkisyan yalanlarına elə inanıb ki, hər hansı bir xarici ölkəyə uçmaq üçün təyyarəyə nə üçün 250 min dollar ödədiyini deyə bilmir. Sıradan bir prezident üçün sıradan stüardessaları olan Arm Air ona VİP qulluq yox e, VVVVİİİİPPPP xidmət göstərir deyəsən. ( Bir müddət əvvəl Erməni mətbuatı Sərkisyanın xaricə bir dəfə səfər üçün Arm Air Şirkəti ilə 250 min dollarlıq müqavilə bağladığını xəbər verən məqalə dərc edib).

Yeni hökumətin yaradılması məntiqinə əsaslanaraq bir neçə mühüm nəticəyə gəlmək olar.

Birincisi, belə bir nəticə ortaya çıxır ki, Serj Sərkisyan çirkin əməllərini yerinə yetirmək istiqamətində nazirlərin ötən 5 ildə göstərdikləri fəaliyyətindən tam razıdır. Başqa sözlə, növbəti 5 il üçün tam təminat var.

İkinci mühüm fakt ondan ibarətdir ki, hakim dairələrlə cəmiyyət arasında əvvəlki kimi heç bir bağlılıq olmayacaq. Bu da elə birinci faktdan doğan bir məsələdir. Başqa sözlə desək, Sərkisyanın öz bildiyini edəcəyi qərar verərkən ictimaiyyətin fikrini nəzərə almayacaq- bu bir faktdır.

Öz növbəsində buradan üçüncü mühüm fakt meydana çıxır: Sərkisyansayağı sxem üzrə qəbul olunan qərarlar, demək olar ki həmişə erməni xalqının narazılığına səbəb olub. Yenə də belə olacaq. Çünki həmin qərarlarda xalqın xeyrinə işləyəcək heç nə yoxdur.

Serj Sərkisyan nə əvvəl ,nə də indi erməniərin ölkəni tərk etməsinə görə özünü günahkar hesab etməyib. Ermənilərin yeganə xilası ölkədən qaçmaqda görmələri onu narahat etmir də.

Hökumət isə bu ölkəni uzağı bir neçə il ”sürüyə biləcək” adi bir mexanizmdir, dejavüdür, hələlik...
Vay qara ermənilərin halına...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti