Təxminən 20 metr olan su quyusuna bir nəfər düşüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Goranboy rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dərinliyi təxminən 20 metr olan su quyusuna bir nəfərin düşməsi barədə məlumat daxil olub Yanğınsöndürən -xilasedicilər xüsusi alət və alpinist avadanlıqları vasitəsilə vətəndaşı quyudan çıxararaq ailə üzvlərinə təhvil veriliblər. Əməliyyat saat 16:45-də başa çatıb.