“Bu cür ifadələri Bakı merinə yaraşdırmıram”

“Bu cür ifadələri Bakı merinə yaraşdırmıram”
  10 May 2013    Oxunub:1497
Millət vəkili Qənirə Paşayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlər haqqında səsləndirdiyi fikirə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Qənirə Paşayeva öz facebook səhifəsində bildirib:

“Jurnalist dostlar sosial şəbəkələrdən yazaraq Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərə qarşı son rəftarı və işlətdiyi ifadələrə münasibətimi, fikrimi bilmək istəyirlər. Əgər gerçəkdən də Hacıbala müəllim belə bir ifadə işlədibsə sizcə jurnalist kökənli bir millət vəkili olaraq buna necə münasibətim ola bilər?
Təbii ki, mənfi. Çox təssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi.

Bu cür davranış və ifadələri nəinki Bakı merinə heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı da nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək”.

Həmçinin, YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də məsələyə münasibət bildirib.

O, vurğulayıb ki, təəssüf edirəm ki, Hacıbala Abutalıbov belə bir fikir səsləndiribdir. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə hamısına eyni qiymət vermək düzgün deyildir.


Teqlər:  





Xəbər lenti